Fuad Axundov: "Erməni xalqının özü də saxta tarixşünaslıqdan əziyyət çəkir"

Fuad Axundov: "Erməni xalqının özü də saxta tarixşünaslıqdan əziyyət çəkir" Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda konfrans keçirilir
Qarabağ
14 Mart , 2017 11:20
Fuad Axundov: Erməni xalqının özü də saxta tarixşünaslıqdan əziyyət çəkir
Report.az

Bakı. 14 Mart. REPORT.AZ/ "Bu gün tarixçi-tədqiqatçılar saxta erməni tarixşünaslığına qarşı öz mövqelərini bildirməlidirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda deyib.

"Hazırda bütün dünyada saxtakarlığa qarşı mübarizə gedir. Çünki hamı belə yolla vahid informasiya məkanının məhv olacağını bilir", - deyə F.Axundov bildirib.

Onun sözlərinə görə, ermənilər saxta tarixşünaslıqdan əziyyət çəkən xalqdır. Sektor müdiri erməni xalqında ölkədə hər şeyin yaxşı olması, ölkənin inkişaf etməsi illüziyasının yaradıldığını vurğulayıb.

"Ancaq heç bir ölkə, hətta Ermənistanın özü 25 ildir Qarabağı tanımır", - F.Axundov deyib.

O, Dağlıq Qarabağ münaqişəsində gərginliyin aradan götürülməsi üçün Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməli olduğunu əlavə edib.

F.Axundov Ermənistan prezidenti Serj Sarqsyanın uğrunda müharibə etdiyi tarixi dəqiq bilməyən dünyada yeganə prezident olduğunu bildirib və bunun Poznerlə müsahibədə üzə çıxdığını xatırladıb.

"Bütün tədqiqatçıların mövqelərini bildirməsinin, postsovet məkanında sonuncu qara ləkəni də aradan götürmələrinin vaxtı çatıb. SSRİ-nin dağılmasından sonra ölkələrin tarixşünaslıq elmi dəyişib. Yeganə istisna Ermənistandır. Çünki onların tarixşünaslığı saxtakarlıqlara əsaslanır", - o qeyd edib.

Onun sözlərinə görə, erməni xalqı artıq bu istiqamətdə dəyişikliklərin zəruri olduğunu anlayır.

"Dağlıq Qarabağda yaşayan xalq terror qorxusu altındadır. Amma regiondan kənarda yaşayan ermənilər bu gün münaqişənin həll prosesinə fəal şəkildə cəlb olunurlar. Bakıya gəlirlər, bu, çox cəsarətli addımdır, öz mövqelərini bildirilər. Buna görə onlara minnətdarıq", - F.Axundov bildirib.

Son xəbərlər

Orphus sistemi