Yuxarı

Fransua Olland: “Dağlıq Qarabağ münaqişəsini yalnız sülh yolu ilə həll etmək olar”

Fransa prezidenti münaqişə tərəflərini təmkinli olmağa çağırıb

Bakı. 3 Aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

“Report” xəbər verir ki, bu fikri Fransa prezidenti Fransua Olland bildirib.

"Ölkə prezidenti Dağlıq Qarabağda, bilavasitə təmas xətti yaxınlığında baş verən ciddi insidentlərdən və nəticədə dinc sakinlər də daxil olmaqla itkilərin olmasına görə dərindən təəssüflənir", - deyə Yelisey sarayının rəsmi məlumatında bildirilir.

Fransa lideri münaqişə tərəflərini təmkinli olmağa və mütləq şəkildə atəşkəs rejiminə riayət etməyə çağırıb.

"Danışıqlardan başqa bir yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Ermənistan və Azərbaycan prezidentlərini qəbul etmiş Olland, maksimum qısa müddətdə münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyir", - deyə Olland Administrasiyasının bəyanatında bildirlir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi