Fransua Mansel: "Xocalı soyqırımı erməni vəhşiliyini ifşa edən tarixi cinayətdir"

Fransua Mansel: "Xocalı soyqırımı erməni vəhşiliyini ifşa edən tarixi cinayətdir" ​Xocalı soyqırımının 26-cı ildönümü Parisdə qeyd olunub
Qarabağ
1 Mart , 2018 02:52
Fransua Mansel: Xocalı soyqırımı erməni vəhşiliyini ifşa edən tarixi cinayətdir

Paris. 1 mart. REPORT.AZ/ Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, tədbirdə fransalı deputat Andre Vilye, Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən amansızlıq, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışılıb.

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, sabiq deputat Fransua Mansel çıxışında Xocalı soyqırımının erməni vəhşiliyini ifşa edən tarixi cinayət olduğunu, xalqlarımızın bir daha belə acılar yaşamaması üçün dünya birliyinin bu faciəni soyqırımı aktı kimi birmənalı şəkildə tanımasının vacibliyini bildirib. 

Son xəbərlər

Orphus sistemi