Fransanın XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil"

Fransanın XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil" "Fransa da Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyir"
Qarabağ
27 May , 2018 13:45
Fransanın XİN rəhbəri: Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil

Bakı. 27 may. REPORT.AZ/ "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonun saxlanması problemin həll variantı deyil".

“Report” xəbər verir ki, bunu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

O, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli ilə bağlı öhdəliklərinin olduğunu bildirib:

"Fransanın bu barədə böyük öhdəlikləri var. Biz də Azərbaycan kimi münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".

Son xəbərlər

Orphus sistemi