Yuxarı
    Bağlamaq

    Fransada Azərbaycanın Dostları Assosiasiyası ermənilərin təxribatını pisləyib

    Jan-Fransua Mansel: Ermənilərin mülki vətəndaşlara hücumları beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasıdır

    Bakı. 5 iyul. REPORT.AZ/ Fransada Azərbaycanın Dostları Assosiasiyası Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alıxanlı kəndində iki nəfərin, o cümlədən 2 yaşı tamam olmamış körpənin ölümü ilə nəticələnən dinc əhaliyə qarşı hərbi təxribatını qətiyyətlə pisləyib.

    Təşkilatdan "Report"a verilən məlumata görə, assosiasiya rəhbəri Jan-Fransua Manselin adından yayılmış bəyanatda təşkilatın ermənilərin açdığı atəş nəticəsində ölənlərin yaxınlarına başsağlığı verdiyi, yaralananlara şəfa dilədiyi bildirilir.

    "Ermənilərin mülki əhaliyə və infrastruktura qarşı birbaşa və qəsdən hücumları beynəlxalq hüquq və insan haqları normalarının, xüsusilə 1949-cu ilin Cenevrə Konvensiyasının və uşaqların haqları üzrə Konvensiyanın kobudcasına pozulmasıdır. Assosasiya münaqişəsinin həllinin uzadılmasına görə təəssüflənir. Mövcud status-kvo isə yalnız faciəli nəticələrə gətirib çıxara bilər", - bəyanatda deyilir.

    Assosasiya maraqlı dövlətləri insidentə operatib reaksiya verməyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə hörmət göstərməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi