Yuxarı

Fransa XİN: Rəsmi Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır

Xarci İşlər Nazirliyi Burq-Le-Valans merinin Azərbaycanın işğal olunan ərazilərinə səfərini şərh edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Fransanın Burq-Le-Valans şəhərinin meri Marlen Muryenin Dağlıq Qarabağa səfəri rəsmi Parisin Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsinə dair mövqeyini dəyişmir. "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in nümayəndəsi Parisdə keçirilən brifinqdə bəyan edib. 

"Belə təşəbbüslər Dağlıq Qarabağın müstəqilliyini tanımayan Parisin rəsmi mövqeyini dəyişmir" - deyə, Fransa XİN nümayəndəsi bildirib. 

XİN nümayəndəsinin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin diplomatik və siyasi yolla nizamlanmasının axtarışı prosesinə cəlb edilib. 

"Danışıqlara yeni impuls vermək üçün Fransa prezidenti bu ilin mayında Bakıya və Yerevana səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə payızda Parisdə görüşməyi və vəziyyətdən çıxış yollarını müzakirə etməyi təklif edib" - deyə, o qeyd edib. 

Ermənistan KİV-də yayılan məlumata əsasən, Fransanın Burq-Le-Valans şəhərinin meri Marlen Murye Dağlıq Qarabağa səfər edib və burada həmin şəhərin Azərbaycanın işğal altında olan Şuşa şəhəri ilə "qardaşlaşması haqqında bəyannamə" imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi