Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik

Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb
Qarabağ
21 Fevral , 2018 10:07
Fransa XİN: Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcəyik

Bakı. 21 fevral. REPORT.AZ/ “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesini dəstəkləməyə davam edəcək”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

“Biz münaqişə tərəflərini bu istiqamətdə məsuliyyətli fəaliyyət göstərməyə, xüsusi ilə vəziyyəti gərginləşdirə biləcək addımlar atmamağa çağırırıq”, - Fransa XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr (ABŞ və Rusiya ilə birlikdə) ölkəsindən biridir. 

Son xəbərlər

Orphus sistemi