Yuxarı
    Bağlamaq

    Fransa XİN başçısı: "Paris Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır"

    Sergey Lavrov Sankt-Peterburqdakı danışıqların nəticələri barədə mənə məlumat verdi

    Bakı. 29 iyun. REPORT.AZ/ "Fransa Dağlıq Qarabağ üzrə yeni danışıqlar üçün platforma təmin etməyə hazırdır".

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Mark Eyro Parisdə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

    "Biz, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan dövlət başçıları ilə Sankt-Peterburqdakı danışıqlarının nəticələri barədə mənə məlumat verdi. Mən isə öz əvəzimdən xatırlatdım ki, biz Parisdə yeni müzakirələr üçün platforma təmin edə bilərik", - deyə J.-M.Eyro bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi