Fransa və Ermənistan XİN başçıları həmsədrlərin təkliflərini müzakirə edəcəklər

Fransa və Ermənistan XİN başçıları həmsədrlərin təkliflərini müzakirə edəcəklər Edvard Nalbandyan oktyabrın 27-də Fransada işgüzar səfərdə olacaq
Qarabağ
27 Oktyabr , 2016 16:35
Fransa və Ermənistan XİN başçıları həmsədrlərin təkliflərini müzakirə edəcəklər

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Fransanın xarici işlər naziri Jan-Mark Eyro erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.

Onun sözlərinə görə, nazirlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan oktyabrın 27-də Fransada işgüzar səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi