Yuxarı
    Bağlamaq

    Fransa və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

    Fransua Olland: Biz son həftələr və aylar baş vermiş ağır hadisələrin təkrarlanmasından qaçmaq istəyirik

    Bakı. 8 mart. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan Parisdəki danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

    "Biz siyasi məsələlərə, xüsusən Fransanın faydalı ola biləcəyi Qarabağda münaqişənin həlli məsələsinə toxunduq. Çünki ABŞ və Rusiya ilə yanaşı, Fransa da Minsk qrupunun həmsədridir. Biz böhrandan çıxmaq üçün lazımi siyasi qərarları əldə etmək, son həftələr və aylar ərzində baş vermiş ağır hadisələrin təkrarlanmasından qaçmaq istəyirik" – deyə Parisdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşün yekunlarına əsasən Fransua Olland bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi