Yuxarı
    Bağlamaq

    ​Fransa və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib

    Fransua Ollanda və Serj Sarqsyan Varşavada NATO sammiti çərçivəsində görüşüblər

    Bakı. 9 iyul. REPORT.AZ/ Varşavada keçirilən NATO sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarqsyan və Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

    "Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

    Ermənistan və Fransa prezidentləri Vyana və Sankt-Peterburq sammitləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

    Görüşdə tərəflər danışıqlar prosesinin davam etdirilməsi perspektivi ətrafında fikir mübədiləsi aparıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi