​Fransa səfiri: "Keçən il Dağlıq Qarabağ münaqişəsinin həllində təzadlı il olub"

​Fransa səfiri: "Keçən il Dağlıq Qarabağ münaqişəsinin həllində təzadlı il olub" "Fransa münaqişənin həlli istiqamətində 2014-cü ildə daha aktiv idi"
Qarabağ
29 Yanvar , 2015 16:24
​Fransa səfiri: Keçən il Dağlıq Qarabağ münaqişəsinin həllində təzadlı il olub

Bakı. 29 yanvar. REPORT.AZ/ "2014-cü il ATƏT-in Minsk qrupu həmsədrinin də qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində təzadlı il olub. Yüksək səviyyəli görüşlər də daxil olmaqla, tərəflər arasında çoxsaylı görüşlər keçirilib, lakin eyni zamanda, atəşkəs rejimi də tez-tez pozulurdu". Bunu "Report"a müsahibəsində Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib. 

Onun sözlərinə görə ki, Fransa münaqişənin həlli istiqamətində ötən il daha aktiv olub: "Atəşkəsin əldə olunduğu ildönümü tarixində prezident Fransua Olland Bakıda və İrəvanda olub. O, həmçinin Azərbaycan və Ermənistan prezidentlərini oktyabrın 27-də Parisdə görüş keçirməyə də dəvət etdi. Bu görüşü olduqca müsbət hesab etmək olar, çünki iki prezident regiondakı vəziyyəti müzakirə edə bildilər. Onlar bu məsələlərdə bir-birini başa düşə bildilər. Ümumi təmas nöqtələrinin tapılması çətin olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən başqa, digər məsələlərdə onlar razılığa da gələ bilərdilər".

Səfirin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupu çərçivəsində tərəflər arasında münaqişənin həllinə yönəlmiş müxtəlif görüşlərin keçirilməsini təşkil etməklə həmsədr kimi öz səylərini davam etdirmək niyyətindədir: "Fransa həmçinin Ermənistan və Azərbaycanla beynəlxalq məsələlər üzrə də dialoq qurmağa çalışacaq, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə münaqişə nəticəsində itkin düşmüş şəxslər haqqında məlumatların əldə olunması da daxil olmaqla".

Son xəbərlər

Orphus sistemi