Fransa səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün görüşlərin keçirilməsini dəstəkləyirik”

Fransa səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün görüşlərin keçirilməsini dəstəkləyirik” Diplomat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər
Qarabağ
18 Yanvar , 2018 15:40
Fransa səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün görüşlərin keçirilməsini dəstəkləyirik”

Bakı. 18 yanvar. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı istənilən görüş bizim üçün arzuediləndir. Biz bu görüşləri çox gözləyirik”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot jurnalistlərə açıqlamasında bildirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bu gün Polşanın Krakova şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında keçiriləcək görüşə münasibət bildirən diplomat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər.

Son xəbərlər

Orphus sistemi