Yuxarı
    Bağlamaq

    ​Fransa səfiri: "Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşləri olacaq"

    Jan-Fransua Şarpante: Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir

    Bakı. 21 iyun. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi ilə bağlı Sankt-Peterburqda keçirilən başqa görüşlərin də dünənki formatda baş tutacağı gözlənilir".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpante iyunun 21-də keçirdiyi mətbuat konfransında Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərkən deyib.

    Səfir Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub: "Niyə də yox. Biz Dağlıq Qarabağ məsələsi üzrə ölkəmizdə görüşün keçirilməsinə hazır olduğumuzu həmişə vurğulamışıq".

    J.Şarpante prezidentlərin görüşünü etimadın yaranması baxımından yaxşı göstərici olaraq dəyərləndirib: "Sankt-Peterburq görüşünün yekun bəyanatında görüşün müntəzəm keçirilməsinin qeyd edilməsi çox vacib məsələdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi