Fransa səfiri: "Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıyıq"

Fransa səfiri: "Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıyıq" "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
Qarabağ
13 İyul , 2017 13:19
Fransa səfiri: Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıyıq

Bakı. 13 iyul. REPORT.AZ/ Fransa Azərbaycan və Ermənistan arasında və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birbaşa dialoqun tərəfdarıdır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirdikləri görüşünü şərh edərkən bildirib.

"Bu baxımdan nazirlərin görüşünün baş tutmasına görə, yalnız məmnunluğumuzu bildirə bilərik. Məsələnin hərbi yolla həlli yoxdur. Danışıqlar aparmaq, münətəzm görüşlər keçirmək lazımdır", - o deyib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşü müsbət irəliləyiş gətirib çıxara, ölkə prezidentlərinin görüşünün əsasını qoya bilər.

Son xəbərlər

Orphus sistemi