Yuxarı
    Bağlamaq

    Fransa prezidenti: "Tərəfləri sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırırıq"

    Fransua Olland: Biz vasitəçilik səylərimizi gücləndirməkdə davam edirik

    Bakı. 30 sentyabr. REPORT.AZ/ "Fransa Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistanı bundan sonra sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırır".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland BMT Baş Assambleyasının sessiyasındakı çıxışından sonra keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirərkən deyib.

    O vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlıdır: "Ona görə də biz maraqlı tərəfləri sərhəddə və təmas xəttində hadisə törətməməyə çağırırıq. Biz vasitəçilik səylərimizi gücləndirməkdə davam edirik. Bildiyiniz kimi, mən həm Ermənistana, həm də Azərbaycana münaqişənin uzunmüddətli həlli yolunu tapa biləcəyimizə çağırmaq üçün getmişdim". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi