Fransa prezidenti: "Qarabağ danışıqları üzrə Azərbaycan və Ermənistan prezidentlərini Parisdə qəbul etməyə hazıram"

Fransa prezidenti: "Qarabağ danışıqları üzrə Azərbaycan və Ermənistan prezidentlərini Parisdə qəbul etməyə hazıram" Fransua Olland: "Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllinə sadiq qaldığımı bir daha təsdiqləyirəm"
Qarabağ
21 Sentyabr , 2016 10:58
Fransa prezidenti: Qarabağ danışıqları üzrə Azərbaycan və Ermənistan prezidentlərini Parisdə qəbul etməyə hazıram

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Azərnbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesi çərçivəsində Parisdə qəbul etməyə hazıram".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Ermənistanın mütəqilliyinin 25-ci ildönümü ilə bağlı erməni həmkarı Serj Sarqsyana ünvanladığı məktubunda vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllinə sadiq qaldığımı bir daha təsdiqləyirəm. Fövqəladə şəkildə çox uzanan bu münaqişənin həlli ilə bağlı tədbirləri müzakirə etmək üçün Parisdə Azərbaycan və Ermənistan rəhbərlərini qəbul etməyə hazıram", - deyə, Olland bildirib. 

Son xəbərlər

Orphus sistemi