Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir" Olland Azərbaycan və Ermənistan prezidentlərini münaqişəsinin tənzimlənməsi üzrə səyləri artırmağa çağırıb
Qarabağ
28 Oktyabr , 2014 10:05
Fransa prezidenti: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensivləşdirməyə çağırıb. Bu barədə "Report" Fransa prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Mətbuat xidmətindən verilən məlumata əsasən, F.Olland  Azərbaycan və Ermənistan prezidentləri ilə Parisdə keçirilən görüşü zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir.

Fransa prezidenti hər iki tərəfi aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. İrəliləyişə nail olmaq üçün F.Olland böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

Mətbuat xidmətinin məlumatına əsasən, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin tənzimlənməsi üzrə danışıqları davam etdirmək, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə münaqişə zamanı itkin düşən şəxslər haqqında məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər. 

Son xəbərlər

Orphus sistemi