Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Fransa prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" "Fransa münaqişənin həll edilməsinə çalışır"
Qarabağ
25 Aprel , 2017 11:44
Fransa prezidenti: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Bakı. 25 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland Parisdə çıxış edərkən bildirib.

F.Olland Fransanın danışıqlar prosesində iştirakını xatırladaraq, ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həll edilməsinə çalışdığını vurğulayıb.

"Bu münaqişə hər il gənc insanların həyatını itirməsi ilə nəticələnir. Son vaxtlar münaqişə daha da kəskinləşib. Tərəflər 23 ildir danışıqlar aparır. Status-kvo qəbuledilməz olduğundan məsələnin həlli yolunu tapmalıyıq. Amma bu münaqişənin hərbi yolla həlli yoxdur", - Fransa prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi