Filippo Lombardi: "İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynamağa hazırdır"

Filippo Lombardi: "İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynamağa hazırdır" "İsveçrə Azərbaycan və Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətlərinə görüşüb münaqişənin həlli perspektivlərini müzakirə etməyi təklif edib"
Qarabağ
18 İyul , 2016 12:08
Filippo Lombardi: İsveçrə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynamağa hazırdır

Bakı. 18 iyul. REPORT.AZ/ "İsveçrə Azərbaycan və Ermənistanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətlərini Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə etməyi dəvət edərək vasitəçi rolunu oynamağa hazır olduğunu göstərib".

"Report" "News.am" portalına istinadən xəbər verir ki, bunu ATƏT PA-da İsveçrə nümayəndə heyətinin rəhbəri Filippo Lombardi deyib.

"Hamımız münaqişənin mümkün gərginləşməsi ehtimalına görə narahatıq. Bu, "dondurulmuş" münaqişədir. Lakin belə münaqişələr, təəssüf ki, bəzən "qaynar" olur. Hər iki tərəfdən insanlar həlak olur. Beynəlxalq monitorinq olmadan kimin qətllərə görə məsuliyyət daşıdığını söyləmək olmur. Mövqeyimiz belədir ki, hər iki ölkə, hər iki xalq, hər iki prezident görüşüb bu dalandan çıxış üçün birlikdə yeni dialoq aparmalıdır", - deyə İsveçrə nümayəndə heyətinin rəhbəri əlavə edib.

İsveçrəli diplomat qeyd edib ki, ATƏT-in Parlament Assambleyası çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyətinin təklifi vasitəçilik etməyə hazır olmalarıyla bağlıdır: "Bu baxımdan Qarabağ probleminin həlli perspektivlərini müzakirə etmək üçün ATƏT PA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərini İsveçrəyə dəvət etdik. Biz, həmçinin Gürcüstan nümayəndə heyətini də cəlb edə bilərik. İsveçrə vasitəçi rolunu oynamaq istəyir, amma tərəfləri sülhə məcbur etmək niyyətində deyil".

Son xəbərlər

Orphus sistemi