Yuxarı

​Federasiya Şurasının komitə sədri: "ABŞ və Rusiya Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı çox iş görə bilər"

Konstantin Kosaçev: Problemin tərəfləri qane edəcək siyasi yolla həlli üçün Vaşinqton və Moskva birlikdə maksimum səy göstərə bilər

Bakı. 2 aprel. REPORT.AZ/ Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi ilə bağlı ABŞ və Rusiya çox iş görə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının komitə sədri Konstantin Kosaçev ABŞ Konqresi Beynəlxalq məsələlər üzrə komissiyasının üzvü Dana Rorabaherlə görüşündə Dağlıq Qarbağda təmas xəttindəki gərginliyi müzakirə edərkən bildirib.

"Problemin tərəfləri qane edəcək siyasi yolla həlli üçün Vaşinqton və Moskva birlikdə maksimum səy göstərə bilər", - deyə o əlavə edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi