Yuxarı

Estoniya səfiri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

Marin Mıttus: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Bakı. 11 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz həmişə sabit olub. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik".

Bunu "Report"a müsahibəsində Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus deyib.

Xanım diplomat belə münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb: "Münaqişənin siyasi yolla həll ediləcəyinə ümidvarıq. Avropa İttifaqının xüsusi nümayəndəsi bu məsələ üzərində işləyir. Onun və ATƏT-in Minsk qrupunun səylərini mümkün qədər çox dəstəkləmək istəyirik. Hesab edirik ki, təmas xəttində vəziyyətin gərginləşməsi münaqişənin nizamlanmasına gətirib çıxarmayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi