Estoniya Dağlıq Qarabağdakı "seçkilər"i qanunsuz hesab edir

Estoniya Dağlıq Qarabağdakı "seçkilər"i qanunsuz hesab edir XİN rəhbəri: "Regionun statusu qanunsuz seçkilərin keçirilməsi ilə dəyişdirilə bilməz"
Qarabağ
6 May , 2015 18:00
Estoniya Dağlıq Qarabağdakı seçkiləri qanunsuz hesab edir

Bakı. 6 may. REPORT.AZ/ Estoniya Dağlıq Qarabağın müstəqilliyini tanımır. Ona görə də mayın 3-də keçirilən "parlament seçkiləri"nin nəticələrini qanuni və həqiqi hesab etmir. "Report" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliynin rəsmi saytında dərc olunmuş bəyanatda deyilir. 

Xarici işlər naziri Keyt Pentus-Rozimannusun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsini həll etmək və beynəlxalq danışıqlar yolu ilə bütün regionun təhlükəsizliyi və sabitliyini təmin etmək lazımdır.

"Danışıqlar Dağlıq Qarabağın gələcəyini müəyyən etməlidir, regionun statusu qanunsuz seçkilərin keçirilməsi ilə dəyişdirilə bilməz", - nazir qeyd edib.

O əlavə edib ki, Estoniya ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı fəaliyyətini dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi