Ermənistan Azərbaycanda ölən Karen Petrosyanın meyitini dəyişdirmək niyyətindədir

Ermənistan Azərbaycanda ölən Karen Petrosyanın meyitini dəyişdirmək niyyətindədir Ermənistan Müdafiə Nazirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə müvafiq iş aparır
Qarabağ
15 Avqust , 2014 17:02
Ermənistan Azərbaycanda ölən Karen Petrosyanın meyitini dəyişdirmək niyyətindədir

Bakı. 15 avqust. REPORT.AZ/ Ermənistan Azərbaycanda ölən təxribatçı Karen Petrosyanın meyitini erməni tərəfinə verilməsi üçün dəyişdirmə ehtimalını istisna etmir.

Report-un ArmToday-ə istinadən verdiyi xəbərə görə, müdafiə naziri Seyran Oqanyan bildirib ki, K.Petrosyanın meyitinin dəyişdirmə məsələsi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məşğul olur. O, qeyd edib ki, Müdafiə Nazirliyi hazırda Petrosyanın nəşinin qaytarılması və ya dəyişdirilməsi üçün müvafiq iş aparan BQXK ilə əməkdaşlıq edir.  

Qeyd edək ki, avqustun 7-də təxribat-kəşfiyyat qrupu Tovuz rayonu ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi üzrə əməliyyat zamanı qrupun 4 üzvü öldürülüb. Qrupun daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini 1989-cu il təvəllüdlü Karen Petrosyan Azərbaycan ordusunun əsgərləri tərəfindən tutulub. Səhəri gün K.Petrosyan qəflətən ölüb. İlkin ehtimallara görə, Petrosyanın ölümünə kəskin ürək-damar çatışmazlığı səbəb olub. 

Son xəbərlər

Orphus sistemi