Erməni tərəfi sutka ərzində atəşkəsi 14 dəfə pozub

Erməni tərəfi sutka ərzində atəşkəsi 14 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
21 Oktyabr , 2014 09:54
Erməni tərəfi sutka ərzində atəşkəsi 14 dəfə pozub
Bakı. 21 oktyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri dünən və ötən gecə Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi