Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub

Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
22 Oktyabr , 2014 10:30
Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 13 dəfə pozub
Bakı. 22 oktyabr. REPORT.AZ/ Erməni tərəfi cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi