Erməni girovluğundan qayıdan Cavid Müzəffərzadənin valideynləri nazir Eldar Mahmudova təşəkkür teleqramı ünvanlayıb

Erməni girovluğundan qayıdan Cavid Müzəffərzadənin valideynləri nazir Eldar Mahmudova təşəkkür teleqramı ünvanlayıb Sentyabrın 11-də Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onu azad edib
Qarabağ
22 Sentyabr , 2014 18:07
Erməni girovluğundan qayıdan Cavid Müzəffərzadənin valideynləri nazir Eldar Mahmudova təşəkkür teleqramı ünvanlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və 6 gün sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən azad edilmiş 1999-cu il təvəllüdlü Müzəffərzadə Cavid Samir oğlunun valideynləri Komissiyaya teleqram ünvanlayıblar. “Report”un xəbərinə görə, bu barədə Komissiyanın saytında məlumat yerləşdirilib.

Dövlət Komissiyasının sədri, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlanmış məktubda minnətdarlıq bildirilib.

Qeyd edək ki, C.Müzəffərzadə sentyabrın 5-də ermənilər tərəfindən girov götürülüb. Sentyabrın 11-də isə Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onu azad edib.

Son xəbərlər

Orphus sistemi