Yuxarı

Ermənilərin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb, düşmən 7 nəfər itki verib

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır

Bakı. 12 fevral. REPORT.AZ/ Cəbhədə düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 12-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi