Yuxarı
    Bağlamaq

    Ermənistanın XİN rəhbəri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

    Ermənistan və Rusiyanın XİN rəhbərləri Vyana, Sankt Peterburq sammitlərinin razılaşmalarını müzakirə edəcəklər

    Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün və sabah Rusiyada rəsmi səfərdə olacaq.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, səfər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. 

    Səfərin gedişatında Nalbandyan və Lavrov Ermənistanla Rusiya arasında strateji, əməkdaşlıq münasibətlərinin geniş spektrini müzakirə edəcəklər, aktual regional və beynəlxalq problemlər ətrafında fikirlər mübadiləsi aparacaqlar.

    Ermənistan və Rusiyanın xarici siyasət idarələrinin başçıları həmçinin Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş məqsədi ilə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların icrası istiqamətində atılan addımları da müzakirə edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi