​Ermənistanın XİN başçısı həmsədrlərlə görüşüb

​Ermənistanın XİN başçısı həmsədrlərlə görüşüb Onlar qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı da danışıblar
Qarabağ
6 Fevral , 2015 10:50
​Ermənistanın XİN başçısı həmsədrlərlə görüşüb

Bakı. 6 fevral. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Andryö və İqor Popov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Münhendə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər.

Məlumata görə, onlar qoşunların təmas xətti və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı da danışıblar.

Xatırladaq ki, görüş fevralın 5-də keçirilib. 

Son xəbərlər

Orphus sistemi