Yuxarı
    Bağlamaq

    Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu şəhid olub

    Şahvələdov Sultan Niyaz oğlu düşmənin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub

    Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi