Yuxarı

Ermənistanın təxribatı nəticəsində Azərbaycan ordusunun baş leytenantı şəhid olub

Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür

Bakı. 15 iyul. REPORT.AZ/ Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Müdafiə Nazirliyi bildirir ki, təxribatların nəticələrinə görə tam məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi