Yuxarı
    Bağlamaq

    Ermənistanın sabiq prezidenti: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır"

    Bunu könüllü etməsək, ərazilər sanksiyalarla alınacaq, - deyə Levon Ter-Petrosyan qeyd edib© Courtesy İmage

    Bakı. 29 mart. REPORT.AZ/ 1991-1998-ci illərdə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

    "Report" xəbər verir ki, o, bu sözləri "Kentron" erməni telekanalının efirində deyib.

    "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq", - deyə Levon Ter-Petrosyan qeyd edib. Sabiq prezident vurğulayıb ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

    Sabiq prezident Madrid prinsiplərinə dəstək verdiyini gizlətməyib. "Əgər Serj Sarkisyan (Ermənistan prezidenti – "Report") bu yolla getsə, onda mən sona kimi onun yanında olacam", - deyə o bildirib.

    Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni milli konqressi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi