Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb

Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb.
Qarabağ
28 Avqust , 2018 15:21
Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb. 

"Report"un məlumatına görə, buna səbəb ermənilərin işğal altındakı Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar etdikləri dağ mədənində baş verən güclü partlayışdır. 

Partlayış Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin kommunikasiya xətlərinə ciddi ziyan vurub. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb. Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

Dağlıq Qarabağdakı separatçı rejimin fövqəladə qurumlarının yaydığı məlumata görə, qəzaya səbəb boru xətlərinin standartlara cavab verməməsidir. 

Bərpa işlərinin, ən azı, 3-5 gün davam edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi