Yuxarı
    Bağlamaq

    ​Ermənistanın işğalı altında olan qoruğun yaradılmasından 28 il ötür

    Qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var

    Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Qaragöl Dövlət Təbiət Qoruğunun yaradılmasından 28 il ötür.

    "Report" xatırladır ki, 1987-ci il noyabrın 17-də Azərbaycanda Qaragöl Dövlət Təbiət Qoruğu yaradılıb.

    Həmin təbiət qoruğu Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 hektardır. Qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var.

    Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552m) yamacında 2650-2700 m hündürlükdə yerləşir.

    Gölə heç bir yerdən su axımının olmaması, suyun təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxıb.

    1960-cı illərdə gölün Ermənistan sahilində heyvandarlıq fermalarının tikilməsi, güclü nasos stansiyalarının quraşdırılması həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağa düşməsinə səbəb olub.

    Qeyd edək ki, Qaragöldən başqa 1974-cü ildə Zəngilan ərazisində yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu da Ermənistanın işğalı altındadır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi