Yuxarı
    Bağlamaq

    ​Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ Respublikası"nın "tanınması" məsələsinə münasibət bildirib

    Ovik Abramyan mayın 8-9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib

    Bakı. 11 may. REPORT.AZ/ "Dağlıq Qarabağın tanınması hələ tezdir". "Report" "Sputnikarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

    Məlumata görə, o, mayın 8-9-da Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

    O.Abramyan Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıması məsələsindən danışarkən deyib: "Hələlik buna ehtiyac yoxdur. Vaxtı gələndə Ermənistan onu tanıyacaq".

    Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edərək parlamentə göndərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi