Yuxarı

​Ermənistanın baş hərbi həkimindən yarımçıq etiraf: "Bəzi hərbçilərin hər iki ayağı amputasiya edilib"

O, yaralıların tam sayını açıqlamayıb

O, yaralıların tam sayını açıqlamayıb

Bakı. 7 aprel. REPORT.AZ/ "Ermənistan Müdafiə Nazirliyinin Yerevandakı mərkəzi klinikasında hazırda 32 yaralı müalicə olunur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyi Səhiyyə İdarəsinin rəisi, polkovnik Kamo Xaçaturyan etiraf edib.

Onun sözlərinə görə, klinikada bir qayda olaraq orta, orta-ağır və ağır yaralılar müalicə olunur: "Bu günədək 4 hərbçinin yuxarı və aşağı ətrafı amputasiya edilib. Bəzi hərbçilərin hər iki ayağı kəsilib".

Kamo Xaçaturyan yaralıların sayını açıqlamadan əlavə edib: "Yaralıların qalanı Ermənistan qarnizonlarının hospitallarında yerləşdiriliblər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi