Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb Yaralı Quşçu Ayrım kənd sakini Gulanə Ağamaliyevadır
Qarabağ
15 İyun , 2018 18:19
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

Qazax. 15 iyun. REPORT.AZ/ Ermənistan silahlı bölmələrinin cəbhənin Qazax rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yerli sakin güllə yarası alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Quşçu Ayrım kənd sakini Ağamalıyeva Gulanə Aqif qızı dərhal yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin məlumatlara görə, hadisə G.Ağamalıyeva heyvanları gətirmək üçün həyətdən çıxıb gedən zaman baş verib. O, sol ayaq pəncəsindən yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi