Ermənistandan Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb

Ermənistandan Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb Hadisə Ermənistanın Ararat rayon Yerasxavan kəndi yaxınlığında baş verib
Qarabağ
24 Dekabr , 2016 13:06
Ermənistandan Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Ermənistanda Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa hərbi qulluqçuları daşıyan avtobus yanıb.

"Report" Ermənistan KİV-lərinə istinad edərək xəbər verir ki, hadisə dekabrın 23-də saat 16:00 radələrində Ermənistanın Ararat rayonu Yerasxavan kəndi yaxınlığında baş verib.

Yanğın nəticəsində ölən olmayıb. Şahidlərin sözlərinə görə, hərbi qulluqçuların şəxsi əşyaları, paltarları və avtobus tam yanıb.

Ermənistanın  MN mətbuat katibi Artsrun Ovanisyan məlumatı təsdiqləsə də hadisə barədə ətraflı məlumat verməkdən boyun qaçırıb. 

Son xəbərlər

Orphus sistemi