Yuxarı
    Bağlamaq

    Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin gizlədilməsi etirazlar doğurub

    Nver Babadjanyanın mayor rütbəli olması barədə məlumatı ölkə ictimaiyyəti yalnız sosial şəbəkələrdən əldə edə bilib

    Bakı. 2 mart. REPORT.AZ/ Ermənistanda cəbhə bölgəsində baş verən hadisələrin ölkə vətəndaşlarından gizlədilməsi etirazlar doğurub.  

    “Report” yerepouni-news.com saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağda öldürülən Nver Babadjanyanın mayor rütbəli olması barədə məlumatı Ermənistan ictimaiyyəti yalnız sosial şəbəkələrdən əldə edib.

    Erməni saytı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videonu dərc edərək yazır ki, Azərbaycan ordusu dəqiq zərbələrlə qarşı tərəfin hərbi qərargahını bombalayır.

    “Onlar bizi öldürürlər, biz isə sakitcə övladlarımızı dəfn edirik. Çünki bizim rəhbərlik yalnız daha çox pul qazanmaq və öz yumşaq kürsüsündə oturmağı düşünür. Hərbi texnikanın işləməməsi və tanklar üçün yanacağın olmaması isə onların vecinə də deyil. Maraqlıdır, ölkə rəhbərliyi bu son məlumatlara hansı bəhanəni gətirəcək”, - yerepouni-news.com saytı bildirir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi