Ermənistan XİN: İlham Əliyev və Serj Sarqsyanın Hamburqda görüşəcəyi məlum deyil

Ermənistan XİN: İlham Əliyev və Serj Sarqsyanın Hamburqda görüşəcəyi məlum deyil Bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçəryan deyib
Qarabağ
27 Noyabr , 2016 13:54
Ermənistan XİN: İlham Əliyev və Serj Sarqsyanın Hamburqda görüşəcəyi məlum deyil

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

"Report" xəbər verir ki, bunu "Tert.am"a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryan deyib.

O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib:

"Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…".

Şavarş Koçəryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.

Son xəbərlər

Orphus sistemi