​Ermənistan XİN başçısı: "Prezidentlərin görüşündə sənəd imzalanmayacaq"

​Ermənistan XİN başçısı: "Prezidentlərin görüşündə sənəd imzalanmayacaq" Edvard Nalbandyan: "Hər hansı sənədin imzalanacağından danışmaq sadəcə tez deyil, həm də elə bir sənəd yoxdur"
Qarabağ
26 May , 2016 18:44
​Ermənistan XİN başçısı: Prezidentlərin görüşündə sənəd imzalanmayacaq

Bakı. 26 may. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanın iyunda keçiriləcək görüşündə hər hansı sənəd imzalanmayacaq, bu yöndə yayılan şaiyələr həqiqətəuyğun deyil".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 26-da ölkə parlamentindəki çıxışında bildirib.

"Hər hansı sənədin imzalanacağından danışmaq sadəcə tez deyil, həm də elə bir sənəd yoxdur", - deyə o vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı bu ilin iyununda Prezident İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi