Bakı. 13 avqust. REPORT.AZ/ Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Bu barədə "Report"a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Dövlət Komissiyası H.Agetsyana baş çəkməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırıb.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.