Yuxarı
    Bağlamaq

    ​Ermənistan Tərtər və Ağdamın yaşayış məntəqələrini haubitsalardan atəşə tutub - RƏSMİ MƏLUMAT

    Azərbaycan Ordusu düşmənin hərbi obyektlərinə adekvat cavab zərbələri endirib

    Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

    "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi