Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb

Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb "Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib"
Qarabağ
6 Mart , 2015 14:45
Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin (MN) açıqlamasına münasibət bildirib. Nazirlikdən “Report”a bildirilib ki, Ermənistan MN cəbhədə uğursuz əməliyyat keçirmək cəhdindən sonra öz xalqının qəzəbindən qorxaraq vəziyyətlə bağlı növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb: “Erməni tərəfi bu məlumatla xalqını aldadaraq cəbhədəki itkilərini, döyüş meydanında əsgər və zabitlərin qorxaqlıq göstərərək silah-sursatı atmaqla qaçdıqlarını, qeyri-peşəkarlıqlarını və o cümlədən ötən gecə həqiqətən cəbhənin Ağdərə-Tərtər istiqamətində uğursuz təxribat törətmək cəhdilərini etiraf edib”.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirib ki, düşməndən fərqli olaraq qoşunların təmas xəttində Azərbaycanın heç bir xüsusi təyinatlı bölmələri istifadə olunmur: “Cəbhədəki vəziyyət və bir nəfər yaralı haqqında Mətbuat Xidməti tərəfindən səhər saatlarında verilən məlumatdan başqa Silahlı Qüvvələrimizin bölmələri nə canlı qüvvə, nə də silah və texnika sarıdan heç bir itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinə növbəti dəfə müraciət edərək ermənilərin təxribat məqsədilə yaydığı xəbərlərdən istifadə etməməyi tövsiyə edirik”.

Son xəbərlər

Orphus sistemi