Dövlət Komissiyası: Beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırırıq

Dövlət Komissiyası: Beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırırıq “Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə və ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa cəhd edir”
Qarabağ
6 Yanvar , 2017 16:00
Dövlət Komissiyası: Beynəlxalq təşkilatları Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün zəruri tədbirlər görməyə çağırırıq

"Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir"

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş verən döyüşdə düşməni təqib edərkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin geri alınması ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. 

Dövlət Komissiyasından bildirilib ki, hadisədən bir həftə vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar: "Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi baş vermiş hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir".

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın bu qeyri-humanist fəaliyyətini dayandırması, Cenevrə Konvensiyalarının tələblərinə əməl olunması və həlak olan Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün bir daha zəruri tədbirlər görməyə çağırır.

Son xəbərlər

Orphus sistemi