Ermənistan tərəfi atəşkəs rejimini 98 dəfə pozub

Ermənistan tərəfi atəşkəs rejimini 98 dəfə pozub Azərbaycan ermənilərin mövqelərinə və səngərlərinə 104 dəfə atəş zərbəsi endirib
Qarabağ
8 Dekabr , 2015 09:18
Ermənistan tərəfi atəşkəs rejimini 98 dəfə pozub

Bakı. 8 dekanbr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub. "Report" Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir ki, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Yusifcanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 104 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi