Ermənistan tərəfi atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub

Ermənistan tərəfi atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub ​Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan tərəfi adekvat cavab tədbirləri görüb
Qarabağ
18 Fevral , 2017 09:52
Ermənistan tərəfi atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub

Bakı. 18. fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən Azərbaycanın mövqeləri atəşə tutulub. 

İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi