Yuxarı

​Ermənistan tərəfi: 8 post itirilib, 7 tank vurulub, 20 hərbçi ölüb, 26-sı itkin düşüb

Düşmənin daha 70 nəfəri yaralanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Aprelin 2-dən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gedən döyüşlər zamanı düşmən tərəfi çoxlu sayda canlı qüvvəsini itirib.

"Report" Ermənistan dövlət televiziyasına istinadən xəbər verir ki, qarşı tərəfin yaydığı bəyanata görə, erməni silahlı dəstələri Azərbaycan Ordusu ilə toqquşmalar zamanı 20 hərbçisini itirib, daha 70 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, döyüşlər zamanı 26 erməni hərbi qulluqçusu itkin düşüb, 7 erməni tankı vurulub, şimal-şərq istiqamətində 3, cənub-şərq istiqamətində isə 5 post itirilib.

Qeyd edək ki, bu bəyanatdan sonra Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, döyüşlər zamanı orduya köməyə gələn könüllülərin avtobusu raket atəşinə tuş gəlib, 7 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi