Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib
Qarabağ
5 Sentyabr , 2015 21:17
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu məhv edilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttində bir neçə yerdə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra işğalçılar avtomat və silahın darağını ataraq geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Son xəbərlər

Orphus sistemi